Sərnişin avtobusu “ZİL”lə toqquşdu

Sərnişin avtobusu “ZİL”lə toqquşdu

Ağdaş rayonunun Yengicə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, martın 18-də saat 1 radələrində Ağdaş rayonunun Yengicə kəndi ərazisində Gəncə şəhər sakini İ.Əliyev idarə etdiyi “Volkswagen” markalı mikroavtobusu qarşıda gedən Ağdam rayon sakini Ə.Səmədovun idarə etdiyi “ZİL” markalı yük avtomobilinə vurub. Nəticədə mikroavtobusdakı sərnişinlərdən – F.Verdiyev və C.Babayev hadisə yerində ölmüş, bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə