Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən K.Quliyev Yasamal rayonu ərazisində saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən K.Quliyev Yasamal rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı üzərindən 24 qramdan artıq heroin, 20 ədəd metadon həbi, yaşadığı evdən isə 486 qramdan artıq heroin, 30 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB