Yevlaxda qeydə alınan ağır yol qəzasında bir nəfər ölüb

Yevlaxda qeydə alınan ağır yol qəzasında bir nəfər ölüb

Yevlaxda qeydə alınan ağır yol qəzasında bir nəfər ölüb.

SİA-nın məlumatına görə, Yevlax - Zaqatala - Gürcüstan avtomobil yolunun 10-cu kilometrliyində - Xanabad kəndi yaxınlığında, biri “VAZ 2107” olmaqla, iki minik maşını toqquşub.

Qəza nəticəsində “VAZ”ın sürücüsü, 1993-cü il təvəllüdlü, Ağdaş rayonunun Şəkili kənd sakini Cabbarov İlvin Aydın oğlu hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə