Bakıda ağır yol qəzası baş verib Son dəqiqə

Bakıda ağır yol qəzası baş verib Son dəqiqə

Bakının Yasamal rayonunda ağır yol qəzası zamanı iki nəfər xəsarət alıb. SİA-nın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. “Daewoo” markalı avtomobili idarə edən Şahbazov Azər sükana nəzarəti itirərək, əks yolda hərəkətdə olan “Renault”a çırpılıb. Sürücülər avtomobildə sıxışıb qaldığından əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Qəza zamanı “Renault” markalı avtomobilin sürücüsünün həyat yoldaşı Abbasova Günayın da xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, qadının vəziyyəti ağırdır. Bildirilib ki, hadisə Hüseyn Cavid prospektində metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında baş verib.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə