Bakı şəhər sakini V.Mikayılovdan silah-sursat götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Mikayılovdan “TT” markalı tapança, patron sandığı, 3 ədəd patron götürülüb.
Ətrafında aparılmış tədbirlərlə onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB