Bakı-Qazax yolunda ağır qəza: iki nəfərin vəziyyəti ağırdır

Bakı-Qazax yolunda ağır qəza: iki nəfərin vəziyyəti ağırdır

Bakı-Qazax magistral avtomobil yolunun Gəncə şəhərindən keçən hissəsində ağır yol qəzası baş verib.

SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, "İsuzu" markalı minik maşını yol kənarındakı dəmir istehkamlara çırpılıb. İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan hər iki yaralının vəziyyəti ağırdır.

Artıq onların şəxsiyyətini də müəyyənləşdirmək mümkün olub. Yaralılar 1980-ci il təvəllüdlü Zeynalov Razim Nazim oğlu və təxminən 40-45 yaşlarında olan Bayramov Elgün Bayram oğludur.

Xəsarət alanlardan biri Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Qəzanın təfərrüatları dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə