Ağdamda bir ailənin 5 üzvünün minaya düşməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub

Ağdamda bir ailənin 5 üzvünün minaya düşməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub

Ağdamda bir ailənin 5 üzvünün minaya düşməsi ilə bağlı hadisənin bəzi təfərrüatları məlum olub.

SİA xəbər verir ki, ümumilikdə 6 nəfər minaya düşüb. Minaya düşən şəxslər Hüseynov Akif Muxtar oğlu, onun övladları - Hüseynov Razi Akif oğlu, Hüseynov Bayram Akif oğlu, Hüseynov Anar Akif oğlu və nəvəsi Hüseynov Hüseyn Razi oğlu, onların tanışları, Laçın rayon sakini Abdullayev Bəhruz Nadir oğludur.

Məlumata görə, onlardan biri yüngül xəsarət aldığı üçün ilkin müayinədən sonra evə buraxılıb, ikisi Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Digərlərinin səhhəti barədə hələlik məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə