Gözünə “cadugər” görünüb

Gözünə “cadugər” görünüb

Rusiyada moskvalıya çəkiclə hücum çəkən peterburqlunun nənəsi jurnalistlərə açıqlama verib. Nənənin sözlərinə görə, nəvəsinin problemi var, yəni o, ruhi xəstədir.

SİA bu barədə rus mətbuatına istinad edir.

Nəvəsinin yenidən ruhi xəstəxanaya aparıldığını bildirən nənə, nəvəsinin onun himayəsi altında böyüdüyünü, valideynlərinin isə boşandıqlarını bildirib.

Qeyd edək ki, ötən gecə Sankt-Peterburqdan olan bir gənc Moskvada yoldan keçən birinə çəkiclə hücum edib. Hücum nəticəsində peterburqlu olan yeniyetmədən ondan artıq çəkic zərbəsi alan moskvalı hadisə yerindəcə keçinib. Hadisədən çox keçməmiş müqəssir həbs edilib. Ona “qətl” maddəsi ilə cinayət işi açılıb.

Qeyd edık ki, dindirmə zamanı peterburqlu ruhi xəstə yoldan keçənin “cadugər” olduğunu düşünərək, ona hücum etdiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə