Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qızıldaş qəsəbə sakini, əvvəllər məhkum olunmuş İ.Sultanov qəsəbə ərazisində saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, şəxsi axtarış zamanı ondan 515 qram heroin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan əlavə olaraq 505 qram heroin götürülüb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB