Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, martın 14-də saat 23 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Abşeron rayon sakini H.Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi İ.Şükürovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada martın 15-də orada ölüb.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB