Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. SİA-nın xəbərinə görə, yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük orqanlarına bəyan edilməyən 8 ədəd "İphone 12 Pro" markalı mobil telefonlar, 6 ədəd həmin telefonlar məxsus boş qutu və USB kabel aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB