Avtomobillər toqquşdu: ölən var

Avtomobillər toqquşdu: ölən var

Gəncə şəhəri ərazisində “Mercedes” və “Nissan” markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, martın 13-də saat 12 radələrində Gəncə şəhəri ərazisində şəhər sakinləri E.Məmmədovun idarə etdiyi “Mercedes” və R.Abdullayevin idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Abdullayev martın 14-də orada ölüb.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə