Polis etirazçıları atəşə tutdu

Polis etirazçıları atəşə tutdu

Myanmada polis və ordu hərbi çevrilişə və seçilmiş hökumət üzvlərinin tutulmasına etiraz olaraq aksiya keçirən kütləyə atəş açıb. SİA-nın xəbərinə görə, məlumatı “TRTHaber” yayıb. Hadisə ölkənin Maqvey bölgəsində baş verib. Nəticədə 38 nəfə ölüb. Qeyd edək ki, 2021-ci il fevralın 1-də Myanmada hərbçilər hakimiyyəti ələ keçirərək ölkə üzrə fövqəladə vəziyyət rejimi elan edib. Myanma Prezidenti Vin Min, Nobel sülh mükafatı laureatı, Myanmanın xarici işlər naziri və dövlət müşaviri Aun San Su Çji, hökumətin bir sıra üzvləri saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə