Sumqayıtda yanğın

Sumqayıt şəhərində ümumi sahəsi 20 m² olan köməkçi tikilinin dam örtüyünün taxta atmaları 10 m² sahədə və içərisindəki əşyalar yanıb.

SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə