Martın 14-də Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində Dənizkənarı Bulvarda bir nəfər vətəndaşın intihara cəhd etməsi barədə məlumat daxil olub. FHN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, dərhal əraziyə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.
Dalğıc-xilasetmə qrupunun ciddi səyləri nəticəsində vətəndaşın son anda suya atılmasının və intihara cəhdinin qarşısı alınıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB