Gəncədə baş vermiş maşın qəzasında ağır yaralan şəxs xəstəxanada ölüb

Gəncədə baş vermiş maşın qəzasında ağır yaralan şəxs xəstəxanada ölüb

Gəncədə iki avtomobilin toqquşması nəticəsində ağır yaralan şəxs xəstəxanada ölüb.

SİA-nın bölgə müxbirinin məlumatına görə, ölən şəxs 1980-ci il təvəllüdlü Abdullayev Rövşən Daşdəmir oğludur.

Qeyd edək ki, hadisə ötən gün səhər saatlarında şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan “VAZ” markalı minik maşını digər minik maşını ilə toqquşub.

Qəza zamanı R.Abdullayev ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə