Tovuzda mebel sexi yanıb

Tovuz rayonunun Qovlar şəhərində ümumi sahəsi 64 m² olan mebel sexinin yanar konstruksiyaları və içərisində olan əşyalar 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə