Əyyaş “ər-arvad”ı həbs gözləyir

Əyyaş “ər-arvad”ı  həbs gözləyir

Rusiyanın Kamçatka bölgəsinin prokurorluğu Vilyuçinsk şəhərinin iki sakinini-əyyaş ər və arvadı həbs edib. Üç aylıq körpəni aç və baxımsız qoyan “ər-arvad” onların ölümündə günahlandırılırlar.

SİA bu barədə regional prokurorluğun mətbuat xidməti məlumatına istinad edir.

Qeyd edək ki, “valideynlər” Rusiya Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunurlar. Beləliklə, yaşadıqları evdə bütün günü içki məclisi qurub əyyaşlıq edən ər və arvad acından bütün günü ağlayan əkiz övladlarına bir an olsun diqqət yetirməyiblər.

Bir gün, təsadüfən, onlara gələn qohumlardan biri uşaqların halına acıyaraq təcili yardıma zəng edib.

Həkim müayinəsindən sonra əkiz olan bacı və qardaşın 5 gündən artıq nəzarətsiz qaldığı ortaya çıxıb.

Həkimlər uşaqlardan birini-qızı xilas edə bilsələr də, digəri uşağı ölümün pəncəsindən ala bilməyiblər.

Hazırda “valideynləri” məhkəmə və həbs cəzası gözləyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə