Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları dörd fakt üzrə siqaret və narkotik vasitənin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. SİA-nın xəbərinə görə, belə ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn "Mercedes-Benz", "Scania", "DAF" və "İveco" markalı yük avtomobilləri saxlanılıb. Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən 5600 ədəd siqaret və "DAF" markalı yük avtomobilinin sürücüsünə məxsus gödəkçənin cibində isə qutusu ilə birgə çəkisi 21 qram olan narkotik vasitə - marixuana aşkarlanıb. Faktlarla bağlı araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB