Baknın Binəqədi rayonunda ağır yol qəzası baş verib.
SİA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.
1992-ci il təvəllüdlü Zaur Əlizadə idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olan zaman Bakı-Sumqayıt şossesində körpünün üzərindən avtomobili aşırıb.
Qəza nəticəsində sürücü Z.Əlizadə, sərnişin 26 yaşlı Emin Əliyev ağır xəsarət alıb. Digər sərnişin Şahin Məmmədov hadisə yerində ölüb.
Qeyd edək ki, maşındakılar sürücü Z.Əlizadənin doğum günü məclisindən qayıdırlarmış.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB