İmişlidə ölümlə nəticələnən ağır yol qəzası baş verib

İmişlidə ölümlə nəticələnən ağır yol qəzası baş verib

İmişlidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

SİA-nın məlumatına görə, hadisə Bəhrəmtəpə magistral yolunda qeydə alınıb.

“VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Sərnişinlərdən biri - Cəbrayıl rayon sakini, 1973-cü il təvəllüdlü Vəliyev Tahir Cavad oğlu hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə