Keçmiş məhkumdan silah-sursat götürülüb

Keçmiş  məhkumdan silah-sursat götürülüb

Ağcabədi rayon sakini Q.Quluzadənin evindən silah-sursat götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Q.Quluzadənin yaşadığı evə baxış zamanı oradan “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 37 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə