İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində ümumi sahəsi 55 m² olan köməkçi tikilinin içərisində tutumu 200 litr olan çənin ətrafına dağılan yağ qalıqları 20 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan tikilinin taxta atmaları 5 m² sahədə və yaxınlıqda ümumi sahəsi 420 m² olan istixananın polietilen üzlüyü 10 m² sahədə qarsalanıb. Tikilinin qalan hissəsi və istixana yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB