Tövlə və ot bağlaması yandı

Ağdaş rayonunun Aşağı Qəsil kəndində ümumi sahəsi 176 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə və damına yığılan 12 ton ot bağlamasının 4 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı tövlənin içərisində olan 13 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə köçürülüb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə