Musiqiçi naşıymış deyə, döyüldü

Musiqiçi naşıymış deyə, döyüldü

Rusiyanın Sankt-Peterburq şəhərində tanınmış model nənəsini döyüb. Ağır vəziyyətdə xəstəxanaya aparılan nənə nəvəsi tərəfindən döyüldüyünü etiraf edib.

Maraqlıdır ki, nənəsini xəstəxanalıq edən nəvə polisə zəng edərək onun yıxıldığını bildirib.

SİA bu barədə rus mətbuatına istinad edir.

Hazırda zərərçəkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Məsələ budur ki, nəvənin təhriki ilə yıxıldığını bildirən nənə sonradan hər şeyi etiraf edib. Nəvə saxlanılıb. O da maraqlıdır ki, nəvə bütün olanları içkili olması ilə əlaqələndirib.

Rusiyada döyədöydür. Dünən Moskva metrosunda çıxış edən səyyar musiqiçini yoldan keçənin biri döyüb. O, “günah”ını, musiqiçinin naşılığı, saxta xallar vurması ilə təmizə çıxarmağa çalışıb.

Xatırlayırsızsa, Kuzbasda 38 yaşlı nəvə mübahisə zamanı 87 yaşlı nənəsini balta ilə öldürdüyü barədə yazmışdıq. O vaxt özünü “dəliliyə” vuran nəvənin bu günlərdə “ağıllı”nın biri olduğu üzə çıxıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə