Soyğunçuluq etməkdə şübhəli bilinən Mərdəkan qəsəbə sakini Ə.Əzizov müəyyən edilərək saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət edən Mərdəkan qəsəbə sakini M.Bayramova martın 6-da qəsəbə ərazisində bir nəfərin ona zor tətbiq edib içərisində 50 manat pul, mobil telefon və sənəd olan çantasını aldığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Əzizov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB