Tovuzda avtomobil qaz xəttini qırıb, qazın verilişində problemlər yaranıb - FOTO

Tovuz rayonunda qəza törədən avtomobil rayona verilən qaz xəttini sıradan çıxarıb.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun H.Əliyev prospektində baş verib. "Opel" markalı minik avtomobilinin qəzaya uğraması nəticəsində rayon ərazisinə və müxtəlif kəndlərə verilən qaz xətti sıradan çıxıb.

Hazırda rayon ərazisinə, eləcə də bəzi kəndlərə mavi yanacağın verilməsində fasilələr yaranıb. Hadisə yerinə Tovuz rayon Qaz İstismarı İdarəsinin əməkdaşları cəlb olunub.

İlkin məlumata görə qəzaya qarlı hava şəraiti səbəb olub. Əhalinin mavi yanacaqla təminatının bərpası istiqamətində işlər aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...