Tovuz rayonundakı ağır qəzada 5 nəfər xəsarət aldı - FOTO

Tovuz rayonunda 5 nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Tovuzçay üzərindəki körpüsündə baş verib.

İlkin məlumata əsasən 5 nəfər yaralanıb. Yaralılardan bəziləri Tovuz rayon Mərkəzi Xəstəxanasına, bəziləri isə Gəncə şəhərindəki xəstəxanaya yerləşdirilib. Qəzada xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

İlkin məlumata görə, qəza qarlı havada avtomobillərin sürüşməsi nəticəsində baş verib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə