Xaçmazda 17 yaşlı gənc elektrik generatorundan çıxan zəhərli qazdan boğularaq ölüb

Xaçmazda 17 yaşlı gənc elektrik generatorundan çıxan zəhərli qazdan boğularaq ölüb. SİA xəbər verir ki, bədbəxt hadisə şəhər ərazisindəki dönərxananın zirzəmisində baş verib. Hadisə nəticəsində Xaçmaz rayonu Əhmədoba kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi İsmayıl oğlu Kərimov dünyasını dəyişib. Ona kömək etməyə çalışarkən zəhərlənən Müzəffəroba kənd sakini 1995-ci il təvəllüdlü Mayıl Eyyub oğlu Məmmədov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...