Xızıda "VAZ" qarlı yolda qaldı

Xızı rayonunda minik avtomobili qarlı yolda qalıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Xızı rayonunun Qızılqazma kəndində “VAZ” markalı minik avtomobilinin qarlı yolda qalması səbəbi ilə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə kömək üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərə köməklik göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə