Yüksək səsli musiqi ölümə səbəb oldu

Rusiyanın Voronej vilayətinin Paniçesk rayonunun 38 yaşlı sakini 22 yaşlı qonşusunu başına vurduğu küt metal əşya ilə öldürüb. Hadisə bir neçə gün bundan əvvəl rayonun Panino kəndindəki “Qırmızı Meydan” adlanan ərazisində baş verib.

SİA bu barədə Rusiya mətbuatına istinad edir.

Beləliklə, hadisəyə səbəb 22 yaşlı gəncin yüksək səslə musiqi dinləməsi olub. Belə ki, həmin gənc evinin kənarında dayanan şəxsi avtomobilində yüksək səslə musiqi dinləyirmış. Səs-küydən narazı qalan qonşu evin 38 yaşlı sakini ona irad bildirib. Lakin gəncə edilən bütün xəbərdarlıqlar onun həyatdan vidalaşması ilə sonunclanıb.

Hazırda baş verən hadisə ilə bağlı Paniçesk rayonunun hüquq mühafizəçiləri cinayət işi açıblar.

Qeyd edək ki, buna bənzər hadisə ötən il Rusiyanın Krasnodar bölgəsində də qeydə alınmışdı. Həmın vaxtda da kənd sakini yüksək səslə musiqi dinlədikləri üçün qonşu və onun oğlunu vurmuşdu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə