Övlad qatili olan ana özü də intihar edib

Ötən gün Tatarıstanın Zelenodolsk rayonunun Vasilyevo kəndindəki fərdi evlərin birində 6 yaşlarında bir uşağın üzərində boğma izləri olan cəsədi aşkar edilib.

SİA rus mətbuatına istinad edərək, bir qədər sonra uşağın 38 yaşlı anasının cəsədinin isə evin həyətindən tapıldığını bildirir. Ehtimala görə, 6 yaşlı oğlunu boğan ana sonradan özü də intihar edib.

Bildirilir ki, qadın azyaşlı oğlu ilə Vasilyevo kəndində kirayəşin kimi yaşayırmışlar. Meyitləri aşkar edən evin əsl sahibəsi ölən qadının qızına zəng edib.

Maraqlıdır ki, ailə elə də problemli bir ailə olmayıb. Rusiyada, adətən, problemli ailələr profilaktik tədbirlər keçirmək üçün qeydiyyata alınır. Amma bu ailə həmin qeydiyyatda olmayıb.

Hazırda aparılan istintaq xüsusi nəzarətə götürülüb.

Xatırladaq ki, bir müddət bundan əvvəl Başqırdıstanın baş şəhəri Ufada həyat yoldaşı ilə mübahisədən sonra iki övladını öldürən kişi sonradan intihar etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...