Bakının Səbail rayonunda motosiklet qəzası zamanı bir nəfər xəsarət alıb
Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
SİA xəbər verir ki, hadisə Neftçilər prospektində baş verib.
1998-ci il təvəllüdlü İbrahimov Nuran Gündüz oğlu idarə etdiyi motosikletdən düşərkən onu minik avtomobili vurub. O, sol bud sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Fakt Səbail Rayon Polis İdarəsində araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə