7 evdən oğurluq edən şəxs saxlanıldı

7 evdən inşaat materialları, məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Şamaxı rayonunun Çarhan kənd sakini R.Mahmudov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 7 evdən inşaat materialları, məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Çarhan kənd sakini R.Mahmudov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...