Avtomobil qaçıran şəxs tutuldu

Abşeron RPİ-yə müraciət edən Digah qəsəbə sakini A.Bayramov fevralın 24-də qəsəbə ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini T.Balaəmiyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...