Göyçayda 37 yaşlı kişi dəm qazından boğularaq ölüb

Göyçayda 37 yaşlı kişi dəm qazından boğularaq ölüb.

SİA-nın məlumatına görə, hadisə Göyçay şəhərinin Rəsul Rza küçəsində qeydə alınıb.

Göyçay şəhər sakini, 1984-cü il təvəllüdlü Həsənov Emin Kamil oğlu yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə