Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1973-cü il təvəllüdlü Orucov Xudayar İbadulla oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...