Arvad olmaqdan imtina ölümü ilə nəticələnə bilərdi…

Rusiyanın Novosibirsk sakini sakini onunla evlənməkdən imtina edən qadını öldürməyə cəhd edib. SİA bu barədə “Komsomolskaya Pravda” ya istinad edir.

Verilən məlumata görə, şəhərin müəllimlər küçəsi kimi tanınan yaşayış binalarından birində 40 yaşlı kişi “Sayqa” markalı ov tüfəngindən əvəllər də birgə yaşadıqları qadına atəş açıb. Buna səbəb kimi isə, qadının kişi tərəfindən ona edilən evləmək təklifini rədd etməsi göstərilir.

Belə ki, evdə stol bəzəyib qadını gözləyən kişi ona üzərində

“Saşa, mən səni həyatdan daha çox sevirəm! Mənimlə evlən” sözləri yazılmış nişan üzüyü tıklif edib.

Lakin qadından eşitdiyi cavab onu silaha əl atmağa məcbur edib. Maraqlıdır ki, qadına atəş açan kişi sonradan özü də intihar edib.

Verilən məlumata görə, kişi keçmiş hüquq-mühafizə orqanının əməkdaşı, qadın isə hazırda müflis olmuş gözəllik salonlarından birinin sahibəsi imiş.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə