Samuxda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Samuxda 2 nəfərin bıçaqlanması ilə nəticələnən hadisənin təfərrüatları məlum olub.

SİA-nın bölgə bürosunun məlumatına görə, hadisəni törədən şəxs 50 yaşlı Asəf Muradov tanışı Elçin Məmmədovla yeyib-içdikdən sonra aralarında mübahisə düşüb.

Bu zaman A.Muradov E.Məmmədova bir neçə bıçaq xəsarəti yetirib. Dava zamanı onları ayırmaq istəyən Eldəniz Həsənov da bıçaqlanıb. Xəsarət alan hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

*****

19:53

Samux rayonunda yeyib-içən dostlar bıçaqlanıb.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, Lək kənd sakinləri 1984-cü il təvəllüdlü Məmmədov Elçin və onun dostu Eldəniz Həsənov rayonun Qarabağlar kəndində bıçaqlanıb. Yaralılar Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Elçinin vəziyyəti orta ağır, 45 yaşlı Eldənizin vəziyyəti isə daha ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb. Hadisəni törədən şəxsin kimliyi dəqiqləşdirilir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə