Gəncə sakini həyət evində yıxılaraq ölüb

Gəncədə bədbəxt hadisə ölümlə nəticələnib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, şəhər sakini 51 yaşlı Ağayev Ələddin Vəli oğlu şəxsi həyətində yıxılaraq ölüb. Hadisə şəhətin Gülüstan qəsəbəsi, AKTA 6 ünvanında qeydə alınıb. Adıçəkilən şəxs hadisə yerindəcə dünyasını dəyişib. İlkin məlumata əsasən, hadisə ehtiyatsızlıqdan baş verib. Hadisə yerinə Gəncə şəhər Polis İdarəsinin və Prokurorluğun əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə