Sabirabad rayonu ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən Y.Əsgərov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də Qaragüney kəndi ərazisindəki mağazaların birindən dam örtüyünü söküb daxil olmaqla oradan 1735 manat pul, 506 manat dəyərində danışıq kartları və tütün məmulatları oğurlamaqda şübhəli bilinən kənd sakini Y.Əsgərov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə