Bakıda yataqxanadakı yanğın söndürülüb

Bakının Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı yeddimərtəbəli yataqxana binasında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, ümumi sahəsi 250 kv.m olan yaşayış sahəsinin (artırma tikililər) yanar konstruksiyaları (daş, dəmir, taxta və digər konstruksiyalardan ibarət) 200 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının sahəsinin genişlənməsinin qarşısı alınıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə