Sərnişin marşrutu "VAZ" la toqquşub - yaralılar var

Sərnişin marşrutu "VAZ" la toqquşub - yaralılar var

Göygöl rayonunda sərnişin daşıyan marşrut "VAZ 21-07" markalı avtomobillə toqquşub.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Üçtəpə kəndində baş verib.

İlkin məlumata əsasən, qəza nəticəsində avtomaşında sərnişin olmayıb. Hər iki sürücü - 15 saylı marşrutun sürücüsü, Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Məmmədov Elçin Valeh oğlu və "VAZ 2107" markalı avtomobilin sürücüsü xəsarət alıb. Yaralılardan biri Gəncə şəhərinə, digəri isə Göygöl rayonuna aparılıb.

Qəza yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Qəzanın təfərrüatları dəqiqləşdirilir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə