Rusiyanın Volqoqrad şəhərinin Traktorozavodski bölgəsinə yaxın Daçnı kəndi yaxınlığında başı və qolu olmayan kişi meyiti tapılıb.
SİA bu barədə rus mətbuatına istinadən xəbər verir.
Mokra Meçetka çayı sahilində donmuş bir cəsəd tapan balıqçı dərhal polisə zəng edib. Hadisə yerinə gələn istintaq və əməliyyat qrupu cəsədi müayinə etmək üçün məhkəmə tibbi ekspertizasına göndərib.
Meyiti tapılan insanın ölüm səbəbi və təyin edilməsi mütəxəssislər tərəfindən müəyyən edilir.
Problem budur ki, tapılan cəsəd cürüməyə və bununla bağlı dəyişikliklərə məruz qalıb. Bundan əlavə cəsədin bir hissəsi heyvanlar tərəfindən də yeyilib. Bu, cəsədin bəzi əzalarının və başının olmaması ilə də izah edilir.
Hazırda cəsədin şəxsiyyəti müəyyənləşdirilir. Onun bundan əvvəl itkin düşmüş şəxs kimi axtarışa verilə biləcəyi də ehtimal olunur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB