Avtomobili qarət edən şəxslər tutuldu

Avtomobili qarət edən şəxslər tutuldu

Abşeron RPİ-yə müraciət edən Bakı şəhər sakini H.Əmirov fevralın 17-də Xırdalan şəhəri ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri O.Vəliyev və əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıblar.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə