Binəqədi rayonu ərazisindəki mağazaların birindən 600 manat oğurlamaqda şübhəli bilinən X.Vəliyev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-da rayon ərazisindəki mağazaların birindən 600 manat oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini X.Vəliyev saxlanılıb.
Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB