Avtomobillər toqquşdu: ölən və yaralı var

Avtomobillər toqquşdu: ölən və yaralı var

Tovuz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, fevralın 21-də saat 12 radələrində Tovuz şəhəri ərazisində Aşağı Quşçu kənd sakinləri A.Səmədovun və M.Məmmədovun idarə etdikləri avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və iki sərnişin xəstəxanaya yerləşdirilmiş, M.Məmmədov orada ölüb.

Tovuz RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə