Bakının Nizami rayonunda bir ailənin üç üzvü bıçaqlanıb

Bakının Nizami rayonunda bir ailənin üç üzvü bıçaqlanıb

Bakının Nizami rayonunda üç nəfər bıçaqlanıb.

SİA xəbər verir ki, hadisə Fərzəliyev küçəsində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Əzimova Zeynəb Elşad qızı və onun qardaşı Niftəliyev Vüsal Elşad oğlu Z.Əzimovanın həyat yoldaşı olan 1976-ci il təvəllüdlü Əzimov Şücaət Məmmədhəsən oğlu tərəfindən bıçaqlanıb.

Ş.Əzimovda qaynı V.Niftəliyev tərəfindən bıçaqlanıb. Hər üç yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə