Prokuroru da qarət edərlər?

Moskvanın mərkəzindəki kafelərin birində kütləvi dava zamanı hadisə yerində olan prokuroru qarət ediblər. Rusiya mediasının verdiyi xəbərə görə, onun 300 min rublunu, “IPhone 11 Pro” telefonunu və prokuror vəsiqəsini oğurlayıblar. SİA bu barədə rus mətbuatına istinadən xəbər verir.

Belə ki, polisə Moskvanın “Neglinnaya” küçəsindəki kafelərdən birində kütləvi davanın olması barədə mesaj göndərilib. Hadisə yerinə gələn polis əməkdaşları məlumatı təsdiqləyiblər. Onlar hadisə yerinə gələrkən “Ritual” Dövlət Büdcə Təşkilatının şöbə müdirinin, Moskva prokurorluğunun əməkdaşını və bir iş adamının da hadisə yerində olduğunu da təsdiqləyiblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bu üç şəxsin naməlum adamlar tərəfindən döyülərək, qarət edildiklərini və daha sonra “aradan çıxdıqlarını” təsdiqləyib.

Moskva polisi soyğunçuluqla bağlı cinayət işi açıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə