Ucarda ölümlə nəticələnən yol qəzası baş verib

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib
Ucarda ölümlə nəticələnən yol qəzası baş verib. SİA xəbər verir ki, hadisə 21:00 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə 3 nəfər dünyasını dəyişib, 2 nəfər isə xəsarət alıb. Hələlik ölən və xəsarət alanların adları məlum deyil. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə